İran çempionatında 8-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, "Traktor" səfərdə "Qol Qohar"ın qonağı olub.

 

Qarşılaşma Təbriz klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Traktor"un heyətində Amirhossein Hosseinzadeh het-trik edib, digər qolları isə Reqi Luşkja və Masood Kazemayni vurub. 

 

7 oyundan 12 xalı olan "Traktor" ikinci pillədə qərarlaşıb. Lider isə 8 görüşdən 13 xal toplamış "Aluminium Arak"dır.