Xorvatiya çempionatında 11-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin də formasını geydiyi "Varazdin" öz meydanında "Slaven Belupo"nu qəbul edib. 

 

Görüş Rüfətin komandasının 1:3 hesablı məğubiyyəti ilə başa çatıb. 

 

Abdullazadə də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunlular skamyasından başlayan Rüfət artıq 16-cı dəqiqədə zədələnən Aleksa Latkoviçin yerinə meydana daxil olub, 75-ci dəqiqədə isə Damoqay Beqonya ilə əvəzlənib. 

 

Abdullazadə 35-ci dəqiqədə məhsuldar ötürmə müəllifi olub. Luka Mamiç azərbaycanlı futbolçunun ötürməsindən sonra komandasının matçdakı yeganə qolunu vurub.  

 

1:3 hesablı məğlubiyyətdən sonra 15 xalda qalan "Varazdin" turnir cədvəlində beşinci yerə düşüb. "Slaven Belupo" isə 16 xalla dördüncü pilləyə yüksəlib.