Premyer Liqanın XXIII turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Araz-Naxçıvan" matçından öncə azarkeşlər ötən turdakı hakimliyə etiraz ediblır. Sport24.az xəbər verir ki, yerli futbolsevərlər hakimin fitindən öncə arxalarını meydana tərəf dayanaraq "ədalətli hakim istəyirik" söyləyib, komandanın şəninə şüarlar səsləndirməklə yadda qalıblar.

 

Qeyd edək ki, tovuzlu fanatlar ötən tur baş tutan "Sabah" - "Tovuz Tovuz" (2:1) görüşündəki idarəetmədən narazı qalıblar.