"Braqa" ilə oyun tamam başqa cür olacaq. Yaxşı hazırlaşıb, məşqçinin tapşırıqlarını yerinə yetirəcəyik. Avroliqa oyunları çempionat oyunlarımızdan fərqlənir. Rəqib açıq futbol oynayır. Orda hücum etmək daha rahat olur, nəinki Azərbaycan Premyer Liqasında". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın müdafiəçisi Toral Bayramov deyib.

 

23 yaşlı futbolçu "Sabah"la heç-heçə (3:3) başa çatan matçdan sonra fikirlərini bölüşüb: "Ağır oyun keçdi. Yəqin başa düşərlər ki, eyni komanda ilə ardıcıl 3 dəfə oynamaq çətinlik yaradır. Rəqib həm güclü, həm zəif tərəflərimizi bilir. Ümumiyyətlə isə pis oyun keçmədi. Nəticə oyuna uyğun idi".

 

Gənc müdafiəçi Avropa Liqasında bu həftə qarşılaşacaqları  "Braqa" ilə oyun barəsində də danışıb: "İlk matçımız səfərdə olacaq. Bizi çətin oyun gözləyir. İnanıram ki, komandamız çətin işin öhdəsindən gələrək səfərdən sərfəli hesabla geri dönəcək. Ordan yaxşı nəticə ilə dönsək, doğma meydanda azarkeşlərimizi sevindirə bilərik. Niyə də olmasın, hə rşey öz mümkündür".

 

Qeyd edək ki, "Braqa" - "Qarabağ" matçı fevralın 15- i, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.