“Sumqayıt” Futbol Klubunun əsas komandasının məşqçilər korpusunda yeni təyinat baş tutub.

Sport24.az xəbər verir ki, 2016-2020-ci illərdə bu komandanın uğurları üçün çalışmış Rail Məlikov Aleksey Baqanın köməkçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, komandada keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxan Rail Məlikov futbolçu karyerasında “Sumqayıt” FK ilə yanaşı “Bakı”, “Neftçi”, “Denizlispor”, “Qəbələ”, AZAL və “Şamaxı” klublarının uğurları üçün çalışıb.

Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə Birinci Divizionun gümüş medallarına yiyələnib.