"Sumqayıt"ın əvəzedici komandası yeni futbolçu ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, "gənclik şəhəri"nin təmsilçisi qapıçı Ayxan Qocayevlə 2 illik anlaşma imzalayıb. 

16 yaşlı qolkiperin adı I Divizionda çıxış edən "Sumqayıt-2"in PFL üçün iştirak ərizəsinə daxil edilib. Bu komanda qarşıdakı turda istirahət edəcək və növbəti matçını fasilədən sonra - oktyabrın 15-də evdə "Kəpəz"lə keçirəcək. 

Onu da bildirək ki, 2005-ci ilin iyulun 7-də dünyaya gələn Ayxan 8 ildir "Sumqayıt"ın akademiyasında futbolun sirlərini öyrənir.