"Sumqayıt" Misli Premyer Liqasının VIII turunda "Qarabağ"la səfər matçına itkiylə çıxacaq. Sport24.az xəbər verir ki, şimali makedoniyalı legioner Kristian Velinovski "Azərsun Arena"dakı bugünkü görüşdə iştirak etməyəcək.

Buna səbəb yarımmüdafiəçinin məşqdə zədələnməsidi. Əzələsində problem olan Kristianın ilk dövrənin son turunda "Kəpəz"lə ev matçında yaşıl meydana qayıdışı gözlənilir.

Xatırladaq ki, 24 yaşlı Velkovski "Sumqayıt"ın yay transferidi