Bu gün Premyer Liqada XXX tura start veriləcək. Sport24.az xəbər verir ki, turun ilk oyun günündə bir matç baş tutacaq.

 

Yeganə qarşılaşma Sumqayıtda keçiriləcək. Mükafatçılar sırasına düşmək üçün mübarizə aparan komandaların duelində "Sumqayıt" "Zirə"ni qəbul edəcək.

 

Qeyd edək ki, tura aprelin 14-də yekun vurulacaq.

Misli Premyer Liqası
IV dövrə XXX tur

19:00. "Sumqayıt" – "Zirə" 0:0 

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi

Baş məşqçi: Samir Abasov

"Zirə": 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim

Baş məşqçi: Rəşad Sadıqov