"Sumqayıt"ın yeni baş məşqçi axtarışı davam edir. Sport24.az-ın əldə etdiyi məlumata görə, əslində "kimyaçılar"ın rəhbərliyi ötən həftə bu məsələni yekunlaşdırmaq istəyib. Ancaq son anda fikrindən daşınıb.  

 

Kluba yaxın mənbədən bizə ötürülən bilgiyə əsasən, "gənclik şəhəri"nin rəsmiləri ukraynalı baş məşqçi ilə anlaşmaq üzrə olub. Lakin danışıqların gedişində ortaya fikir ayrılığı çıxıb. "Sumqayıt" rəhbərliyi etik cəhətdən adını açıqlamadığı ukraynalının bəzi, xüsusilə də maliyyə ilə bağlı şərtlərini qəbul etməyib. Və bu üzdən danışıqlar prosesi rəsmi müstəviyə keçmədən dayandırılıb.

 

Qeyd edək ki, ötən mövsümü turnir cədvəlinin 8-ci pilləsində başa vuran "kimyaçılar" Vaqif Cavadovun gedişindən sonra baş məşqçisiz qalıb.