"Sumqayıt"ın hələ ki, yeni baş məşqçisi bilinməsə də, komandanın mövsümlərarası fasilədə hazırlıq planı müəyyənləşib. Sport24.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, "kimyaçılar"ın toplanışı iki hissədən ibarət olacaq.

 

Komanda iyulun əvvəlində doğma şəhərdə bir araya gələcək. 3 həftəlik toplanışın ardından kollektiv Türkiyəyə yollanacaq. Ancaq "kimyaçılar"ın qardaş ölkədə harda hazırlıq keçəcəyi dəqiqləşməyib. Rəhbərlik Kartəpə, Bolu və Ərzurum arasında seçim edir. Yaxın günlərdə bununla bağlı qərar qəbul ediləcək.

 

Qeyd edək ki, "Sumqayıt" 2024/25 mövsümünü 8-ci pillədə başa vurub.