"Sumqayıt" müqaviləsi başa çatan daha bir futbolçusu ilə ortaq məxrəcə gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, vitse-kapitan Vüqar Mustafayevdi.
Milli komandamızın da üzvü olan 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə yaxın günlərdə yeni 1 illik müqavlə imzalanacaq. Vüqar "Sumqayıt"a 2019-cu ilin yayında "Zirə"dən gəlib. O, bu komandada olduğu kimi, hazırkı klubunda da baş məşqçi Ayxan Abbasovla birgə çalışır.
Xatırladaq ki, "Sumqayıt" müqaviləsi başa çatan futbolçularından qapıçı Anar Bayramov, əsas kapitanı olan müdafiəçi Vurğun Hüseynov və yarımmüdafiəçi Elvin Məmmədovla yeni anlaşmaların imzalanmasını həll edib.