“Sumqayıt” mövsümlərarası fasilədə ilk legioner transferini gerçəkləşdirib. Sport24.az-ın əldə etdiyi məlumata görə, söhbət Estoniya yığmasının hücumçusu Erik Sorgadan gedir.
24 yaşlı forvard bu gün axşam saatlarında Bakıya gəlir. Onunla danışıqlar müsbət yekunlaşıb və tərəflər arasında bir illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Erik karyerasi ərzində İsveç “Heteborq”unun, Niderland təmsilçisi “Venlo”nun, ABŞ-da “Di Si Yunayted” və “Laudon” kimi klubların şərəfini qoruyub. “Flora”nın yetirməsinin son klubu Plovdiv “Lokomotiv”i olub. Bolqarıstan təmsilçisində 14 oyuna çıxan Estoniya millisinin üzvü 2 qolla yadda qalıb. “Kimyaçılar”ın yeni futbolçusunun avrokubok təcrübəsinin olduğunu da vurğulayaq. Belə ki, hücumçu “Flora”nın heyətində Avropa Liqasında 5 matça çıxıb. Sorga milisinin heyətində yığmamızla iyunda Bakıdakı rəsmi matça gələrək ehtiyatda qalıb.
RƏŞAD QASIMOV