"Sumqayıt" "Qarabağ"la oyunöncəsi ciddi itki ilə üzləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, əsas heyətin üzvlərindən biri olan Elvin Bədəlov məşqdə zədələnib.
Onun zədəsinin nə qədər ciddi olub-olmadığı həkim müayinəsindən sonra dəqiqləşəcək.
Qeyd edək ki, Premyer Liqanın XVI turu çərçivəsində keçiriləcək "Sumqayıt" – Qarabağ" matçı noyabrın 8-də baş tutacaq.
RƏŞAD QASIMOV