“Sumqayıt” baş məşqçisi Ayxan Abbasovla bağlı rəsmən qərar verib. Sport24.az saytının əldə etdiyi məlumata görə, klub rəhbərliyi baş məşqçi ilə yeni müqavilə bağlayıb.

Belə ki, tərəflər 1 illik yeni sözləşməyə imza atıblar.

Qeyd edək ki, daha öncə “Zirə”ni çalışdırmış Ayxan Abbasov 2018-ci ildən “Sumqayıt”a rəhbərlik edir. Komanda onun rəhbərliyi altında geridə qalan mövsümdə Premyer Liqanın bürünc medallarını qazanıb, ölkə kubokunda isə final oynayıb.