Misli Premyer Liqasının XXXII turunda keçirilən "Səbail" – "Araz-Naxçıvan" (1:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

 

– "Araz-Naxçıvan"ın gücünə bələd idik. Yaxşı oyun oldu. Futbolçularımız əzmkar oynadı. Son dəqiqələrdə qol vursaydıq, daha fərqli olardı. Yaxşı ki, uduzmadıq.

 

– Premyer Liqada qalmaq şansınızı son dəqiqədə qaçırtdığınız epizodla bağlamaq olar?

– Bu hər futbolçunun başına gələ bilər. Ümidimizi itirmirik. Dörd oyun var, hər şey ola bilər. Niyə də olmasın? Futbolçulara güvənməliyik.

 

– Qələbə qazansaydınız "Kəpəz"lə fərqə görə sizi daha asan təqvim gözləyirdi…

– Hər bir oyun bizim üçün çətindir. Qarşıda "Şamaxı" ilə səfər oyunu var. Ayxan müəllim əzmkar komanda qurub. Pozitiv danışıb bu durumdan çıxmalıyıq.

 

– İki xal itirdiyinizi demək olar?

– Qol fürsətlərimiz rəqibdən daha çox idi. Qalib gəlsəydik, daha yaxşı olardı. Analiz edirik,  ümidimizi üzmürük. Təki bu durumdan çıxaq.

 

– Sanki yaratdığınız epizodlarda top qapıya girmək istəmir…

– Allah bizə kömək olsun. Ən sonda qisməti verən odur. Nəsibimizdə varsa, olacaq.

 

Nuh Tarverdiyev