Minifutbol üzrə Azərbaycan çempionatında 1-ci turun oyunları keçirilib.
Sport24.az xəbər verir ki, son çempion "Birbaşa Bakı" mövsümə qələbə ilə başlayıb.
"Zirə" də ilk turda sevinənlər arasındadı. Yeni yaradılan və heyəti veteran futbolçulardan təşkil olunan "İnter" də ilk rəsmi matçında qələbə qazanıb.
Azərbaycan çempionatı
1-ci tur
"Real Bakı" – "Atəşgah" 4:3
"Abşeron" – "Birbaşa Bakı" 1:5
"Turan" – "Galaxy" 4:2
"Veteran" – "Baku Fire" 7:1
"Dinamo Gəncə" – "Siyəzən" 4:3
"İnter" – "Sumqayıt" 4:2
"Zirə" – "Odlar Yurdu" 4:1
"Dirçəliş" – "Aznur" 1:5