"Qarabağ"ın hücumçusu Ramil Şeydayev klubla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Qurbanov çempionluq kuboku təqdim olunandan sonra 27 yaşlı forvardı qucaqlaması haqda danışarkən onunla vidalaşdığını bildirib: "Bəli, daha çox vida görüşünə oxşayırdı. Anidən olan bir şey idi. Ramili çox istəyirəm. O, kişi xarakterli bir futbolçudu  Bəlkə də üzdən görünmür, Ramil çox vətənpərvər biridir. O, azərbaycanlılara çox böyük dəyər verir. Həmişə çalışır ki, lazım olan yerlərdə öndə olsun. Milli komandaya kimi onunla "Qarabağ"da bir yerdə olmuşduq. Bir-birimizə təşəkkür elədik. Söhbətimiz olmuşdu, nə mən ondan ayrılmaq istəyirdim, nə də ki o məndən. Sadəcə, bəzən elə nüanslar olur ki, bbuna hazır olmalıyıq. Təkcə futbolçu yox, kollektivimizdən əsl vətənpərvər, əsl azərbaycanlı, idmançı xarakteri olan birini böyük ehtimalla başqa ölkəyə yola saldıq. İkimiz də duyğulandıq".

Qeyd edək ki, Şeydayevin Taylandın "Buriram Yunayted" klubuna keçəcəyi gözlənilir.