"Kubokun finalında şanslar bərabərdi. "Neftçi" mövsümü titulla başa vurmaq istəyəcək. Bu, vacibdi. "Qəbələ" avrokuboku təmin etsə də, titul əlavə motivasiyadı". Bu sözləri Sport24.az saytına açıqlamasında "Qəbələ"nin sabiq baş məşqçisi Sənan Qurbanov deyib.

-43 yaşlı mütəxəssis bugünkü "Neftçi" - "Qəbələ" finalında maraqlı matç gözləyir: Hər iki komanda avrokubokda çıxış edəcək. Muzeyə bir titul getməlidi. Bu səbəbdən "Bakcell Arena"da çox maraqlı görüş izləyəcəyik. Favorit yoxdu. Düşünürəm ki, hansı komanda daha yaxşı hazırlaşacaqsa, motivasiyası yüksək olacaqsa, o da qələbə qazanacaq".

Xatırladaq ki, Qurbanov baş məşqçi kimi Azərbaycan Kubokunun ikqat qalibidi. O, bunun birincisinə məhz "Qəbələ"də nail olub. 

 

 

KAMAL RZA