"Qəbələ"nin qapıçısı Səlahət Ağayevin Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Araz Naxçıvan"la yenicə başlayan matça sifariş olunmaması səbəbsiz deyil. Sport24.az xəbər verir ki, 31 yaşlı əlcək sahibi millidən klubunun düərgəsinə qayıtsa da, Kubokda oynaya bilməz.

Bu, hər hansı zədə yox, cəza ilə bağlıdı. Məsələ ondadı ki, Səlahət keçən mövsüm "Sabah"da çıxış edəndə "Neftçi"ylə 1/4 final mərhələsinin cavab görüşündə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşarkən rəqibin azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyi üçün 3 oyun şərti olmaqla 6 oyun cəzalanıb.

"Sabah onda mübarizəni dayandırdığından, Ağayevin cəzası olduğu kimi qalıb. Yəni, futbolçu yeni mövsümdə başqa klubda çıxış etsə də, Kubokdakı cəzası qüvvədə qalır. Buna görə "Qəbələ"ni baş məşqçisi Elmar Baxşıyev qapıya əcnəbini - Kristof Atanqananı qoymalı olub. Bununla da həmin ispaniyalı qolkiper cari mövsümdə debüt edib. Çünki Səlahət bu çempionatda arxada qalan 14 turu əvəzolumadan keçirib. 

Göründüyü kimi, "Qəbələ" mərhələ keçərsə belə, Səlahət komandaya kömək edə bilməyəcək. Bu dəfə isə çox çətin sınaq - "Qarabağ"la 2 matçdan ibarət duel olacaq. Atanqananın keçən mövsüm də "Qarabağ"la Kubokda oynamalı olması maraqlı məqamdı. Onda bu, əsas qapıçı Nicat Mehbalyevin zədələnməsi ilə bağlı olmuşdu.