"Komandanın qarşısına çempionuluq hədəfi qoyulub". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəki"nin prezidenti Elgün Hüseynov deyib.

Klub prezidenti komandanın bu mövsüm üçün hədəflərindən danışıb:

"Birinci Liqaya vəsiqə verən yer uğrunda mübarizə aparırıq. İlk iki turda o qədər də iddialı komandalarla oynamadıq deyə heyətimizə görə, qələbələr gözlənilən idi. "Araz-Saatlı"nın heyətində yer alanların əksəriyyəti yerli futbolçulardı. Onlar da çox çalışdıdlar, amma təcrübə çatmadı. "Araz-Saatlı" belə məğlubiyyəti haqq edəcək səviyyədə zəif komanda deyil. İstəməzdik belə böyük hesab olsun. Bizim məqsədimiz var, ona görə bizə qollar və xallar vacibdir. İnşallah ki, çempionluq bizim olacaq".

Qeyd edək ki, "Şəki Siti" 2-ci turda "Araz-Saatlı"nı səfərdə 12 cavabsız qolla məğlub edib. Şəkililər növbəti turda, sentyabrın 23-də "Qaradağ Lökbatan"ı qonaq edəcək.