Futbol üzrə Azərbaycan I Liqasında V tura yekun vurulub. Sport24.az xəbər verir ki, bu gün "Baku Sportinq" öz meydanında "Şəfa"nı qəbul edib.

 

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa  çatıb.

 

5 turdan sonra maksimum nəticə göstərən "Şəfa" 15 xalla liderdir. 8 xalı olan "Baku Sportinq" isə 4-cü yerdədir.

 

"Baku Sportinq" - "Şəfa" 1:2

Qollar: Z.Mərdanov, 68 (avtoqol) - N.Quliyev, 4, P.Azadov, 41