"Səbail"in yay hazırlıq planı məlum olub. Sport24.az saytının əldə etdiyi məlumata görə, Bayıl təmsilçisi toplanışa paytaxtda start verəcək.

Şahin Diniyevin rəhbərlik etdiyi komanda iyulun 3-də bir araya gələcək. 10 gün Bakıda hazırlaşacaq "Səbail" ayın 14-də qardaş ölkəyə yola düşəcək. Türkiyədəki hazırlıq prosesi isə ayın 23-dək davam edəcək.

Komandanın Türkiyənin hansı bölgəsində yerləşəcəyi isə yaxın günlərdə müəyyənləşəcək.