"Səbail" yeni futbolçularla danışıq aparır. Bu barədə Sport24.az saytına açıqlamasında komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.

Bildirib ki, klub yeni futbolçularla danışıq aparır: "Danışıq apardığımız futbolçular var. Hazırda yerli futbolçularla bağlı işlər gedir. Bundan sonra mövqelər üzrə legionerlərlə işə başlayacağıq. Yerli futbolçuları tanıdığımız üçün baxmağa ehtiyac yoxdur. Amma legionerlə bağlı bu məsələ bir az fərqlidir".

 

KAMAL RZA