2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən "Səbail" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, "dənizçilər" Bahadur Həziyevlə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi əvvəlki illərdə də "Səbail"in şərəfini qoruyub. O, son olaraq "Mingəçevir"də çıxış edib.
Bakı klubu yeni mövsümdə I Liqada mübarizə aparacaq.