Növbəti mövsümə daha iddialı olmağı hədəfləyən "Turan Tovuz" rəhbərliyi azarkeşlərinə futbol bayramı yaşatmağı planlaşdırır. Bu barədə məlumatı Sport24.az-a klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev təsdiq edib:
"Həqiqətən də, "Fənərbaxça" ilə sıx təmasdayıq. Yalnız görüşün tarixi və başlama saatı kimi xırda detalların dəqiqləşdirilməsi qalıb. Böyük ölçüdə razılıq əldə olunub".
Qeyd edək ki, ölkəmizi ilk dəfə avrpkuboklarda təmsil edən "Turan" 1994-cü ildə məhz "Fənərbaxça" ilə qaşılaşmışdı və futbol tariximizə ilk avrokubok təmsilçimiz kimi düşmüşdü. Tovuz şəhər stadionunda baş tutacaq oyunun keçiriləcəyi tarix klub tərəfindən yaxın vaxtlarda açıqlanması gözlənilir.