I Liqada mübarizə aparan "Səbail" qış transfer dönəmində heyətinə yeni futbolçu cəlb edib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu Qurban Səfərovun keçidini rəsmiləşdirib.

 

Qeyd edək ki, son olaraq "Mingəçevir"də çıxış etmiş U-21 millisinin üzvü ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.