Yeni mövsümün hazırlıqlarını Ərzurumda davam etdirən "Səbail" növbəti transferini reallaşdırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi Ayman Buali ilə müqaviləyə imza atıb.


Mərkəz hücumçusunun son klubu Türkiyənin "Ümraniyespor" kollektivi olub. Artıq sabah 25 yaşlı  forvard "Səbail"in düşərgəsinə qoşulacaq.


Qeyd edək ki, "Səbail" daha öncə Fərid Nəbiyev, Nihat Quliyev, Vüsal Məsimov, şimali makedoniyalı Amir Bilali və ukraynalı Dmitri Litvini transfer edib.