"Komandamızda baxışda olan futbolçularla bağlı hələ yekun qərar verməmişik. Bunu bu həftə edəcəyik. Əsas məsələ ondadı ki, onlar sərbəst deyillər, klublarıyıla müqavilələri var. Üstəlik, hər biri Premyer Liqa təcrübəsi olmayan futbolçulardı. Bütün bunlara görə bir qədər düşünməliyik. Müzakirə elədikdən sonra bilinəcək yekun vəziyyət". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev bildirib.

"Səbail" keçən həftə "Keşlə" və MOİK-lə keçiridyi yoxlama matçlarında I Divizionda çıxış edən 4 gənc futbolçunu baxışdan keçirib. Həmin "Keşlə"ylə bu gün də qarşılaşma nəzərdə tutulsa da, Hacıyev onları bir daha sınamağa lüzum görmədidklərini diqqətimizə çatdırıb: "Bu oyuna saxlamadıq, çünki danışıq olmuşdu ki, bir həftə bizdə olmalıdırlar. Klublarına geri qaytarılıblar və barələrində düşündükdən sonra qərar verəcəyik. Həm klublarıyla danışılmalıdı, həm də bu futbolçular bizə cəlb olunsun-olunmasın - bunu müəyyənləşdirməliyik. Sərbəst futbolçular deyil ki. anında qərar verək. Buna görə hələ müakirə olunmalıdı məsələləri. Həm də özümüz də istəyirik qətiləşdirək qərarımızı. Bunun üçün də bu həftəsonunadək müzakirə edəcəyik" 

Maraqlıdı, şərtlər münasib olsa, "Səbail" hər 4 futbolçunu heyətinə qatmağa, ən azı icarəyə götürməyə hazırdımı? Yoxsa elə bir futbolçu var ki, onu cəlb eləməyə artıq ehtiyac görmürlər? Baş məşqçini dinləyək: "Əslində, sayımız da çox deyil. Qış fasiləsindəki dəyişiklikləri nəzərə alsaq, 4 nəfər artıq gedib bizdən. Buna görə ən azı o sayı doldurmağı düşünürük. Amma kimlərlə necə - bunu qış fasiləsi bitənədək aydınlaşdırmağa çalışacağıq. Yeni futboçular yəqin, yerlilər olacaq. Müxtəlif variantlar var. Klublarıyla danışdıqdan sonra biinəcək. Hələ özümüz birinci qərar vermək istəyirik ki, bu futbolçuları götürək, yoxsa yox. Həm də götürürüksə, bu, hansı şərtlərlə olacaq - bunu klublarıyla danışdıqdan sonar biləcəyik".

Xatırladaq ki, "Səbail"dən qış fasiləsində müdafiəçilər Turan Manafovla Elton Əlibəyli, yarımmüdafiəçi Elşən Abdullayev və qapıçı Kamran Ağayev gedib. Sonuncu karyerasını bitirib. 

 

 

MEHMAN SÜLEYMANOV