"Səbail" yeni mövsümün heyətini qurmağa başlayacaq. Təbii ki, ilk olaraq, heyətdə təmizlənmə işləri aparılmalıdır. Bu səbəbdən bir neçə futbolçu ilə yollar ayrılıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, "dənizçilər" artıq 9 futbolçu ilə sağollaşıb.

Buna qədər isə klub rəsmi olaraq Ruslan Hacıyev, Franko Mazurek, Qoba Zakpa, Qustavo de Fransa və Luvaqa Kizito ilə yolların ayrıldığını açıqlayıb.  

Hələlik klub tərəfindən adı açıqlanmayan futbolçular Emil Martinov, Elmir Tağıyev, Mirəli Əhmədov və Ədilxan Qarayevdir.