"Qarabağ" "Neftçi" ilə oyunda qalib gəlsə də, gəlməsə də, çempion olacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Samir Əliyev deyib.
U-21 yığmamızın sabiq baş məşqçisi sabah keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu barədə fikirlərini bölüşüb:
"Qarabağ" əzəli rəqibi "Neftçi"ni məğlub edib çempionluğu doğma stadionunda qeyd etmək istəyəcək. Ötən gün Kadinin azarkeşlərə səslənməsi buna sübutdur. "Neftçi" turnir cədvəlində mövqeyindən asılı olmayaraq, "Qarabağ"a müqavimət göstərməyə çalışacaq. "Ağ-qaralar"ın avrokuboklara yollanmaq üçün ümidini kuboka bağlayıb. Amma "Qarabağ"la da oyun vacib və prinsipialdır. Ona görə də inanmıram hansısa komanda gücünü qorumaq üçün heyətdə dəyişiklik etsin".
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu sabah saat 20:00-da başlayacaq.