"Neftçi"nin məşqçilər korpusu ötən yay komandaya cəlb olunan daha bir legionerdən narazıdı. Sport24.az-a daxil olan məlumata görə, Rafael Quzzonun performansı "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovu qane etmir.

 

Xüsusilə XV tur çərçivəsində baş tutan "Neftçi" - "Qarabağ" matçında portuqaliyalının sərgilədiyi oyun 46 yaşlı mütəxəssisi özündən çıxarıb. Abasov 29 yaşlı yarımmüdafiəçiyə sonuncu xəbərdarlığını edib və bu barədə rəhbərliyi məlumatlandırıb.

 

Qeyd edək ki, Rafael cari mövsümdə "ağ-qaralar"ın heyətində 11 oyuna çıxıb. Onun paytaxt klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.