Misli Premyer Liqasının ikinci hissəsinə hazırlaşan "Şamaxı" heyətinə yeni futbolçu qatıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi Serbiyanın "Novi Sad" klubundan Alfons Mabula Msanqanı transfer edib.
Tanzaniyalı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 21 yaşlı cinah oyunçusu həm sağ müdafiəçi, həm də eyni cinahın yarımmüdadiəsində çıxış edə bilir.