Fransa Liqa 1-də dekabr ayının ən yaxşı oyunçusu açıqlanıb. Sport24.az xəbər verir ki, "Marsel"in yarımmüdafiəçisi Meyson Qrinvud bu mükafata layiq görülüb.

 

23 yaşlı futbolçu bu mübarizədə "Lill"in hücumçusu Conatan Devid və "Lion"un futbolçusu Rayan Şerkini qabaqlayıb.

 

İngiltərəli oyunçu dekabr ayında Liqa 1-də "Marsel" üçün üç matçda iki qol vurub.

 

Ümumilikdə Qrinvud bu mövsüm 17 çempionat matçında 11 qol vurub və 3 məhsuldar ötürmə edib.