"Şamaxı" növbəti futbolçusu ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  


Bölgə təmsilçisi oyunçusu Conatan Benteke ilə yollarını ayırıb. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, daha öncə "Şamaxı" futbolçuları Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanovla da yollarını ayırmışdı.