Alfons Msanqa daha bir il "Şamaxı"da oynayacaq. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

 

22 yaşlı tanzaniyalı yarımmüdafiəçi ilə müqavilə şərtlərinə görə tərəflər arasında razılaşma "Şamaxı"nın istəyinə əsasən 1 il müddətinə uzadılıb.

 

Qeyd edək ki, Msanqa bu ilin əvvəldə Azərbaycan klubuna gəlib. O, "Şamaxı" ilə 6 ay + 1 il şərtilə razılaşmışdı.