"Şamaxı" Ramin Əhmədovla yollarını ayırıb. Sport24.az xəbər verir ki, futbolçunun müqavilə müddəti başa çatıb.
Klubdan verilən açıqlamada 23 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb. Bundan əvvəl "Şamaxı" 3 futbolçusu ilə yollarını ayırıb.
Qeyd edək ki, Ramin 2024/2025 mövsümündə Misli Premyer Liqasında 2, Azərbaycan kubokunda isə 1 görüşdə forma geyinmək şansı qazanıb