"Qarabağ" bəzən xallar itirsə də, sonda qış fasiləsinə çempion kimi yollandı. Bu, gözlənilən idi. Çünki "Qarabağ" bütün rəqiblərdən üstündür. "Araz Naxçıvan" sürpriz komandalardan biridir. Yaxşı komanda formalaşdırdılar və heç kimin gözləmədiyi oyunlarda qalib gəldilər. Bu qələbələr onları ikinci pillədə saxlayır. Elmar Baxşıyevin komandası haqq elədiyi yerdədir".
Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.
Millinin sabiq futbolçusu I dövrədən sonra digər komandaların çıxışını belə dəyərləndirib:
"Turan Tovuz"da Kurban Berdıyev yaxşı işlər görür. Oyun üslubunda dəyişiklər olunub. Berdıyev gələndə özü ilə 2-3 futbolçu gətirmişdi. İndi 3-cü pillədə gedirlər və "Turan Tovuz" üçün normal nəticədir. Qışda tranferlər etsələr, bu yerdə qalacaqlar. "Zirə" mövsümün sonunda öz yerində olacaq. Konfrans Liqasına düşə biləcəklər. "Sumqayıt"ın yeni məşqçisi var. Maya qədər şans verilməlidir. Ondan sonra isə hər hansı qərar verə bilərlər. Komanda pis çıxış etmir. Daha da güclənməlidirlər. "Şamaxı" doğma meydanda parlaq oyun göstərir. Heyətlərində Birinci Liqa səviyyəsində futbolçular var. Amma yaxşı çıxış edirlər. Bu mövsümün ən sürpriz komandası "Şamaxı"dır. Çünki bu heyətlə 17 xal toplamağları yaxşı haldır. "Neftçi"nin səkkizinci pillədə getməsi gözlənilməz oldu. Heyətdə olan futbolçularla bu pillədə olmamalısan. Futbolçuların keyfiyyətini qaldırmaq lazımdır ki, nəticə əldə edə biləsən. "Kəpəz" və "Səbail" Premyer Liqadan düşmək zonasındadır. Mübarizə elə bu iki komanda arasında gedəcək. İki klubda heyətini gücləndirməlidir ki, elitada qalmaq uğrunda mübarizə apara bilsinlər. Çempionat maraqlı gedir. Əsas odur ki, rəqiblər bir-birindən uzaqda deyillər".