AFFA rəhbərliyi sabiq FIFA referisi Tahir Süleymanovu 60 illik yubileyi münasibətilə təbrik edib. Sport24.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev ona cansağlığı və uğurlar arzulayıb. Bu münasibətlə futbol mütəxəssisinə xatirə hədiyyəsi təqdim olunub.
Tahir Süleymanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Xatırladaq ki, T.Süleymanov müstəqil Azərbaycan Respublikasının ilk üç FİFA referisindən biri olub. O, daha sonra futbol fəaliyyətini müxtəlif klublarda davam etdirib. T.Süleymanov "Neftçi"nin vitse-prezidenti vəzifəsində də çalışıb.
Hazırda Bakı Futbol Federasiyasının prezidentidir.