"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Premyer Liqada "Bornmut"a uduzduqları oyunu şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 0:3 hesabıyla bitən matçla bağlı bunları deyib:
"Hamı oyunu gördü. Futbolda ədalətdan danışa bilməzsən. Çünki çox yaxşı oynadıq, amma qol vura bilmədik. Rəqib cüzi şanslarını maksimum dəyərləndirdi. Klubumuz üçün çətin məqamdır. Xüsusilə, azarkeşlər önündə məğlubiyyət… Yaxşı oynayan, qol epizodu yaradan biz olsaq da, rəqib minimum imkanlarla qələbə qazandı".
"Mançester Yunayted" Premyer Liqada 17 turdan sonra 22 xalla 13-cü sıradadır.