Azərbaycan millisinin və "Qarabağ" klubunun qapıçısı Şahrudin Məhəmmədəliyev yenidən karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı qolkiper Super Liqaya vəsiqə qazanan "Kocaelispor"a təklif olunub.

Onun mövsümün sonunda Ağdam təmsilçisi ilə müqaviləsi başa çatır.

"Kocaelispor" rəhbərliyi daha ölkədə Türkiyədə çıxış etmiş və burada adından söz etdirən oyunçularla maraqlanır. Siyahıda Şahrudin Məhəmmədəliyevin də adı var.

Siyahıdakı digər qapıçılar "Norviç"dən ayrılan Anqus Gunn, Təbriz təmsilçisi "Traktor"un qolkiperi Alireza Beiranvand və portuqaliyalı məşhur çərçivə qoruyucusu Rui Patrisiodur.

Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev 2023/2024 mövsümündə Türkiyədə "Adana Demirspor" klubunun formasını geyinib. O, 25 matçda meydanda olub.