Haiti qarşı keçirdikləri yoldaşlıq oyunu Azərbaycan millisinin iki futbolçusu üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, qapıçı Şahrudin Məhəmmədliyev və cinah oyunçusu Toral Bayramov yığmada yubiley matçlarını keçiriblər.
Dünənki qarşılaşma hər ikisinin komandada 30-cu oyunu olub.
T. Bayramov bu vaxtadək dörd səfə fərqlənə bilib.
Qeyd edək ki, Azərbaycan millisi Haitiyə üç cavabsız qolla uduzub.