"Keşlə"yə daha 2 legioner baxışa gəlib. Komandanın baş məşqçisi Sənan Qurbanovun Sport24.az-a verdiyi məlumata görə, iranlı ilə qanalıdan sonra braziliyalı və ingiltərəli futbolçular də düşərgələrində yer aıb.

Özü də Qurbanovun sözlərinə görə, hücumameylli yarımmüdafiəçi olan sonuncu vaxtilə "Tottenhem"in formasını geyinərək onun aşağı yaş qruplarından ibarət komandasında olub: "Londondan gəlib, gənc futbolçudu. Bildyiniz kimi, iranlı sol cinah müdafiəçisi ilə qnalı hücumçu bunadək baxışa gəlmişdi. Braziliyalı və ingiltərəli cinah yarımmüdafiəçiləri isə dünən gəliblər. Birdən alınan variantlar oldu. Baxışa gələnlər üçün qapımız hər zaman açıqdı. Mənə dedilər ki, belə variant var baxışa gəlməklə bağlı və razılıq verdim. İki gün içində həll elədilər səfəri, bilet aldılar və artıq Bakıdadırlar".

Qurbanov da onu vurğulayıb ki, həmin kvarteti "Səbail"lə bugünkü yox, "Kəpəz"lə sabahkı yoxlama matçında sınayacaq. Bu rəqiblə qarşılaşmanı da məhz baxışa çoxlu legionerin gəlişiylə əlaqədar təyin ediblər. 

 

 

MEHMAN SÜLEYMANOV