"Sabah" və Sloveniyanın "Sele" komandası arasında Bakıda keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub. Sport24.az "bayquşlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün üçün qarşılaşmaya 3000 bilet satılıb.

 

Qeyd edək ki, "Sabah" – "Sele" matçı iyulun 10-da, saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.