"Sumqayıt"ın baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mətbuat konfransı sabah saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun konfrans zalında baş tutacaq. Tədbirə bütün KİV nümayəndələri dəvətlidir.
Qeyd edək ki, "Sumqayıt" Saşa İliçlə 1 illik müqavilə imzalayıb.