"Sabah" qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, qazaxıstanlı qolkiperlə yeni müqavilənin müddəti 1 ildir.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Stas 2025-ci ilin yanvar ayından "Sabah"ın uğurları üçün çalışır. 33 yaşlı qapıçı komandanın heyətində 61 oyun keçirib, bir dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.