"Sabah" Mazasırı Bakının başqa bir qəsəbəsinə dəyişməyi planlaşdırır. Sport24.az-ın əldə etdiyi məlumata görə, "bayquşlar" Masazırda komandanın məskunlaşması üçün şəraitin olmadığını nəzərə alaraq, yaxın vaxtlarda Şüvəlana üz tutmaq niyyətindədi.

 

Klub rəhbərliyi "Şimal" DRES kimi tanınan ərazidə yerləşən və vaxtilə AZAL-ın ev oyunlarını keçirdiyi stadiondan yararlanmağı düşünür. Bir vaxtlar "təyyarəçilər"in məskunlaşdığı baza da "bayquşlar"ın istifadəsinə veriləcək.

 

Qeyd edək ki, ötən il mətbuatda 2011-ci ildə istifadəyə verilən arenanın 6 milyona satıldığı barədə xəbərlər yayılmışdı. "AZAL Arena" bir neçə il idi ki, boş qalmışdı. AZAL FK və "Şüvəlan"ın  fəaliyyətini dayandırmasından sonra stadionun qapıları hər kəsin üzünə bağlanmışdı.