"Sabah" bu gün Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyuna çıxacaq. Sport24..az xəbər verir ki, "bayquşlar" Moldovada"Petrokub"un qonağı olacaq.

 

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmada ədaləti İsraildən olan hakimlər briqadası qoruyacaq.

 

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.

Cütün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.

 

Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

24 iyul

21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) - 0:2

 

Qollar: Pavol Şafranko, 82; Kahim Parris, 90+1

Hakimlər: Qal Leiboviç, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (İsrail)

Kişinyov. "Zimbru" stadionu

 

"Petrokub": 1. Silviu Smalenea, 90. İon Cardan (k), 21. Maksim Potirniçe, 24. Sedrik Nqa, 66. İon Bors, 11. Serjiu Platiça, 44. Cessi Cou, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 13. Maksim Kojokaru, 23. Mihaay Lupan

Baş məşqçi: Şota Maxaradze

"Sabah": 92. Stas Pokaatilov, 3. Rəhman Daşdəmirov, 5. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akkim Zedadka, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld Xaled, 13. İvan Lepenitsa, 70. Cesse Sekidika, 20. Coy-Lens Mikels, 18. Pavol Safranko (k)

Baş məşqçi: Valdas Dambrauskas