UEFA Gənclər Liqasının Çempionlar yolunun iştirakçıları açıqlanıb. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu "Sabah"ın da yarışa hansı mərhələdən başlayacağı dəqiqləşib.

 

Masazır təmsilçisi I mərhələdən azad edilib. Komanda rəqibini ikinci raundda gözəyəcək.

 

Çempionlar yolunun püşkü sentyabrın 3-də atılacaq. II mərhələnin oyunları oktyabrın 23-də və noyabrın 5-də keçiriləcək.

 

Qeyd edək ki, Çempionlar yolu üç mərhələdən ibarət olacaq.