"Sabah"ın futbolçusu Aron Maluda klubdan ayrılmağa yaxındır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, İsveçrənin "Bazel" klubu 20 yaşlı vingeri heyətinə qatmağa çox yaxındır.

İsveçrə təmsilçisi gənc futbolçunun transferi üçün "Sabah"a son təklifini göndərib. Maliyyə şərtləri açıqlanmasa da, Bakı klubunun rəhbərliyi bu təklifə müsbət yanaşır və tərəflər arasında razılığın yaxın olduğu bildirilir.

Qeyd edək ki, Aron Maluda ötən mövsüm bütün turnirlərdə 29 oyunda meydana çıxaraq 9 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun xidmətində daha əvvəl Şotlandiyanın "Seltik" klubu da maraqlı idi.