“Sabah” klubu icarə əsasında komandada çıxış edən Tiemoko Fofananın transfer hüququna yiyələnib.

Sport24.az xəbər verir ki, futbolçunun keçidi ilə bağlı Finlandiyanın “İlves” klubuyla razılığa gəlinib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçunun özü ilə isə yeni, 3 illik müqavilə bağlanıb.

Fil Dişi Sahilindən olan futbolçu bu ilin yanvar ayında “İlves”dən icarəyə götürülmüşdü. Fofana cari mövsümdə Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.